24 Avqust 2021 11:53
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki çıxışında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təəssüf edirəm ki, yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir”, - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunları sovet xəritələrinə əsaslanaraq mövqe tutmalıdır.

O, Ermənistan tərəfinin buna uyğun olaraq addım atmağa hazır olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər