3 Sentyabr 2021 12:30
2 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələri ilə əlaqə saxlayaraq əllərində olan Ermənistanla əlaqəli video materiallar təklif ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd olunur ki, video materiallar arasında 44 günlük müharibənin video çəkilişləri də var. Məlumata görə, kadrlara baxmaqla Azərbaycanın Ermənistanın necə məğlub etməsinə dair aydın təsəvvür yarana bilər.

Erməni mediası vurğulayır ki, erməni müxalifətinin bu təklifə necə cavab verdiklərini öyrənə bilməyib.

Qeyd edək ki, erməni müxalifətinə ən yaxın ölkə Rusiya sayıla bilər. İndi Ermənistanda parlamentə daxil olan Köçəryan və Sərkisyan əslində Rusiyanın “adamları” sayılır və onların sayəsində bir zamanlar layiq olmadıqları postlara-Ermənistan prezidenti vəzifəsinə gətiriliblər. İndi bu təklif haqda deyilənlər ciddidirsə, deməli hədəf Nikol Paşinyana qarşı hansısa tələlərin qurulmasıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər