Qarabağda vəziyyət gərgindir və bu, Qarabağda təbii qaz kəmərinin sıradan çıxması ilə vurğulanır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclası zamanı bildirib.
“Hazırda mən hər hansı əlavə qiymət verməkdən çəkinəcəyəm, biz beynəlxalq tərəfdaşlarla vəziyyəti sabitləşdirmək və tənzimləmək üçün işləyirik.
Gəlin, hazırda qiymət verməyək, sadəcə olaraq belə bir vəziyyətin olduğunu bildirək və problemlərin həllinə diqqət yetirmək üzərində cəmləşək”, - deyə Nikol Paşinyan bildirib.