22 Noyabr 2022 11:48
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti qondarma erməni soyqırımı məsələsini xarici siyasətindən çıxarır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində bildirilir.

Erməni nəşri iddia edir ki, Baş nazir Nikol Paşinyan Ermənistanın son 30 illik siyasətini dəyişdirmək qərarına gəlib.

“Bu ilin yanvarında Paşinyan açıq formada bəyan etdi ki, Ermənistanın heç vaxt erməni məsələsi ilə bağlı siyasəti olmayıb və soyqırımının (qondarma – red.) tanınması prosesinin hərəkətverici qüvvəsi həmişə diaspor və diaspor təşkilatları olub. Görünür, o, bununla etiraf edir ki, soyqırımının tanınması və təzminat məsələsi heç vaxt onun hökuməti üçün prioritet məsələ olmayıb və bu, bütünlüklə diasporun çiynindədir. Ona görə də hökumət 2021-2026 proqramında qeyri-müəyyən ifadələrlə Ermənistanın erməni soyqırımının tanınması və pislənməsinə yönəlmiş xarici siyasət istiqamətini xüsusi qeyd etmədən məsələyə ümumi nəzər salıb”, - nəşr yazır.

Qəzet vurğulayır ki, Paşinyan iqtidarı “soyqırımı” mövzusunda gündəm yaratmaqdan yayınır və indi məsələnin tamamilə Ermənistanın gündəmindən çıxarılması və ümumiyyətlə müzakirə olunmamasına çalışır:

“Paşinyan jurnalistin sualına cavab olaraq konstitusiyanın dəyişdirilməsinə işarə olan Müstəqillik Bəyannaməsinə yenidən baxılması zərurəti barədə uzun-uzadı danışdı. Bu, təsadüfi ola bilməz, çünki konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilir və orada da soyqırım məsələsində tarixi ədalətin bərpa olunması məqamı qeyd olunur. Təsadüfi deyil ki, türklər Paşinyana erməni soyqırımı məsələsindən vaz keçmək üçün ilkin şərt qoyub. O, artıq Türkiyənin tələblərini təmin etmək üçün mövzunu bişirməyə başlayıb”.

Nəşr qeyd edir ki, oktyabrın 6-da Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra türk mətbuatında Türkiyə liderinin Paşinyandan “erməni soyqırımı”nın tanınması ilə bağlı beynəlxalq fəaliyyətlərdən əl çəkməsini tələb etməsi ilə bağlı məlumatlar yayılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər