“Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyana KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Erməni nəşri Makronun Paşinyana Fransanın Ermənistanın qarantı ola bilməyəcəyini dediyini iddia edir.
“Mənbəmiz bildirir ki, Paşinyan ötən həftə səfirlərlə görüşündə Makronun ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini, Fransanın Ermənistanın qarantı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib.
Ermənistanın ABŞ-dakı səfiri Makunts isə əlavə edib ki, Amerika da onlara belə bir məsləhət verib. Bunu İrəvana dövlət katibi Entoni Blinken çatdırıb”, - xəbərdə deyilir.