3 Fevral 2023 14:10
2 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Geosiyasi şərait Ermənistanın xeyrinə olarsa və Türkiyə ilə sərhəd açılarsa, Ermənistanın bütün iş adamları bunun müsbət təsirini hiss edəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

“Hələlik planlı hava daşımaları yoxdur. Düzünü desəm, ölkələrin yaxınlığını nəzərə alsaq, çox güman ki, olmayacaq, çünki quru yolu ilə, Gürcüstandan keçməklə nəqliyyat kifayət qədər münasibdir. Hava səyahətləri isə ilk baxışdan o qədər də cəlbedici deyil”, - nazir bildirib.

Bununla belə, nazir müəyyən növ məhsullar üçün belə müntəzəm daşınmaların olmasını istisna etməyib: “Hər halda, hava sərnişin daşımaları ilə yanaşı, yüklər də daşına bilər ki, bu da hava yük daşımalarının bir variantıdır. Sadəcə, hələ yük təyyarələri yoxdur, bəlkə də olmayacaq. Bundan çox da narahat deyilik”.

Türkiyə ilə sərhədlərin açılmasının iqtisadiyyata təsirinə gəlincə, Kerobyan deyib:

“Türkiyə ilə sərhədin açılması yüksək iqtisadi artıma gətirib çıxaracaq. Çünki Türkiyə bazarı, kommunikasiyaların açılması həm Türkiyə bazarının özünə, həm də Yaxın Şərq ölkələrinə malların daşınması baxımından geniş imkan yaradacaq. Bütün bunlara təbii ki, dar çərçivədə baxmaq olmaz. Bu, böyük mənzərənin kiçik bir hissəsidir. Əgər geosiyasi şərait bizim xeyrimizə qurulsa və nəhayət, o məqama çatsaq, əminəm ki, Ermənistanın bütün iş adamları bunun müsbət təsirini hiss edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər