Rusiya hakimiyyətinə yaxın çevrələrdən Ermənistan hökuməti və digər ictimai-siyasi çevrələrdə Moskva əleyhinə olan şəxslərin siyahısı sızdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşrinin əldə etdiyi məlumata görə, bu siyahı “Rusiyanın düşmənləri” adıyla Rusiyanın müvafiq qurumlarına verilib.
Qəzet Moskvanın “qara siyahı”sının artıq Ermənistan rəsmilərinə qədər uzandığını yazıb.
“Siyahı diqqət çəkir. Təəssüf ki, heç bir aidiyyəti qurumdan bunla bağlı məlumat ala bilmədik”, - məlumatda deyilir.
Siyahıda Ermənistan rəsmiləri və ictimai xadimləri, hətta jurnalistlər də yer alır.
Rusiyada Qərbin təsiri altında olan fiqurlar hesab edilən və bu səbəbdən mənfi münasibət bəslənilən şəxslər:
Armen Qriqoryan (Milli Təhlükəsizlik Şurasının katibi)
Araik Arutyunyan (Baş nazir Aparatının rəhbəri)
Arsen Torosyan
Zaruhi Batoyan
Lena Nazaryan
Davit Petrosyan
Mariya Karapetyan
Artur Ovannisyan
Taquhi Qazaryan
Tiqran Avinyan
Daniel İoannisyan
Arpin Sərkisyan
Arpi Davoyan
Vahan Kostanyan
Stepan Səfəryan
Seda Səfəryan
Ruben Mehrabyan
Rüstəm Badasyan
Artur Sakunts
Nina Karapetyan
Narek Babayan
Arman Qaribyan
Sisak Qabrielyan
Varaq Siseryan
Ruben Rubinyan
Qraçya Akopyan
Vilen Qabrielyan
Janna Andreasyan
Suren Qriqoryan
Armen Çibuxçyan
David Ambaryan
Tatul Akopyan