“Ermənistan hökumətinin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya günü münasibətilə ilə bağlı xalqa müraciətində deyib.
“Xarici təhlükəsizlik sahəsində problemlərimiz hamınıza məlumdur və burada bizim qarşımızda ciddi problemlər var. Eyni zamanda, mən əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir.
Sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik, bu da aydın və birmənalıdır”, - baş nazir bildirib.