“Yaxın illərdə Ermənistanda Nikol Paşinyandan başqa legitim lider olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“İstənilən halda Rusiya Nikol Paşinyanla praqmatik əsasda - bütün müsbət və mənfi cəhətləri ilə işləməli və qarşılıqlı əlaqə qurmalı olacaq. Görünən budur ki, yaxın illərdə Ermənistanda başqa legitim lider olmayacaq”, - ekspert bildirib.