On minlərlə azərbaycanlı Ermənistanda – Qərbi Azərbaycanda yerləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Davit Sərkisyan deyib.
“Bir neçə aydan sonra on minlərlə azərbaycanlını Ermənistanda görməyə hazır olun. Hazırda azərbaycanlıların ölkəmizdə məskunlaşması ilə bağlı danışıqlar aparılır”, - jurnalist bildirib.
Sərkisyanın iddiasına görə, azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ermənistanda Azərbaycanın hərbi hissələri də yerləşdiriləcək. O, bu müddətdə anklavların (Naxçıvan və Qazaxın kəndləri) da Azərbaycana təhvil veriləcəyini bildirib.
“Ordunun azaldılması və tərksilah edilməsi, təhsil sisteminə yenidən baxılması kimi tələblər də var”, - Sərkisyan əlavə edib.