3 Oktyabr 2023 17:01
2 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistan xalqını qardaş hesab edir, amma Moskvanın bu ölkənin rəhbərliyinə sualları var.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İrəvanın Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya qərarını belə şərh edib.

“Ermənistan dost ölkədir, bizim tərəfdaşımızdır. Əlbəttə, bizim qardaş erməni xalqı ilə ortaq cəhətlərimiz çoxdur. Onların əbədiyyətə qədər birlikdə olacağına şübhəmiz yoxdur. Amma bununla yanaşı, bizim Ermənistanın hazırkı rəhbərliyinə əlavə suallarımız olacaq. Bunlar əvvəllər Ermənistan tərəfinə çatdırılıb”, - Peskov bildirib.

Kreml sözçüsü Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər nöqteyi-nəzərindən düzgün olmayan addım hesab edir.

“Rusiya tərəfi istəməzdi ki, Prezidenti Vladimir Putin nə vaxtsa Ermənistana səfərini ləğv etməli olsun”, - Peskov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər