Ermənistan Baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, dekabrda isə Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinin rəsmi iclasında iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Bəli, İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqda qeyri-rəsmi görüşdə (MDB) və Avrasiya İqtisadi Birliyinin rəsmi sammitində iştirak edəcək”, - Uşakov bildirib.
Bunun dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Rusiya prezidentinin köməkçisi belə cavab verib:
“İrəvandan aydın siqnal almışıq”.