Fransa tezliklə Ermənistana “Bastion” zirehli texnikaları verəcək.
Teleqraf.comxəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu deyib.
Ermənistana Fransa silahlarının satışına toxunan nazir bunların hamısının müdafiə məqsədi daşıdığını iddia edib:
“Bu regionda həm əhali, həm də sərhədlərin qorunması prioritet məsələdir”.
Lekornunun sözlərinə görə, Ermənistana qısa, orta və digər uzaqmənzilli zenit-raket kompleksləri lazımdırsa, onlar da tədarük ediləcək.