28 Fevral 11:01
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müvafiq təminat verməlidir ki, Fransa ilə imzalanan sazişlər Rusiyanın maraqlarına qarşı yönəlməyib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

“İrəvanın Parislə tələsik və qeyri-adekvat yaxınlaşmadan əl çəkməsi vacibdir, çünki bu, Ermənistana heç bir real üstünlük verməyəcək. Əlbəttə, Baş nazir Paşinyana çoxvektorlu siyasət yürütməyi heç kim qadağan edə bilməz, amma bir şərtlə ki, bu siyasət Moskvanın maraqlarına qarşı yönəlməsin. Ermənistanın Qərbə üz tutması anti-Rusiya ritorikasının artması ilə müşayiət olunarsa, Moskva və KTMT-yə qarşı açıq düşmənçilik nümayiş etdirərsə, bu, ilk növbədə İrəvanın özü üçün ölümcül nəticələrlə dolu ola bilər.

Ermənistanın həm Paşinyanın Parisə səfəri, həm də Fransa silahlı qüvvələr nazirinin İrəvana səfəri zamanı əldə olunmuş razılaşmaların bütün təfərrüatları barədə rusiyalı həmkarlarına ətraflı məlumat verməsi son dərəcə düzgün olardı”, - ekspert bildirib.

Korotçenko Fransa və Ermənistan arasında əldə edilmiş başqa bir anlaşmaya da diqqət çəkib:

“Ermənistan Baş Naziri Aparatının sözçüsü Qor Sarukyan söyləyib ki, Paşinyanın Parisə səfəri zamanı kəşfiyyat məlumatlarının mübadiləsinə dair Fransa ilə razılaşmanın əldə edilməsi barədə yayılan məlumat doğru deyil.

Açığı, bəhanə kimi görünür. Bu, Ermənistanın rusiyalı tərəfdaşlarına Parisdə Paşinyanla Makron arasında əldə olunmuş razılaşmaların təfərrüatlı məzmunu barədə məlumat verməsi məsələsini daha da aktuallaşdırır. Bizə İrəvandan müvafiq təminat lazımdır ki, bu sazişlər Rusiyanın maraqlarına qarşı yönəlməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər