29 Fevral 15:43
4 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT-yə üzvlüyünü ləğv etmək üçün hüquqi addımlar atmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Ermənistanın KTMT-də iştirakını dayandırmaq barədə bəyanatını faktiki olaraq görürük. Bildiyimə görə, Ermənistan üzvlüyün ləğvi ilə bağlı heç bir hüquqi addım atmayıb. Yəni de-yure Ermənistan KTMT-yə üzvlüyünü dayandırmır”, - Vasilenko bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistan çıxsa belə, təşkilat öz mövcudluğunu davam etdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər