Ərazisiz dövlətin mövcudluğu mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, vətəndaşlıq ərazi ilə bağlıdır.
“Ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq da yoxdur, əgər söhbət mifik yox, real vətəndaşlıqdan gedirsə... Hər bir ərazinin özünəməxsus hüquq və vəzifələr sistemi var. Hətta universal hüquqlar da əraziyə bağlıdır”, - Paşinyan bildirib.
Ermənistan baş naziri bununla qonşu ölkələrə ərazi iddialarının olmadığına eyham vurub. Paşinyan belə iddiaları “mif” adlandırıb.