İrəvanla Moskva arasında münasibətlər heç də ən yüksək səviyyədə deyil. Problemlər var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan “Arab Nyus”a müsahibəsində deyib.
Mirzoyan ənənəvi bəhanələri sayaraq, guya Azərbaycanın Ermənistanla sərhədə “müdaxilə etdiyi” 2022 və 2023-cü illərdə müttəfiq Rusiyanın hərəkətsizliyini “misal” göstərib. Buna baxmayaraq, o, “bu istiqamətdə Rusiya ilə işlədiklərini” də bildirib