ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) beynəlxalq erməni diasporunu tərəfinə çəkir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) və digər Qərb kəşfiyyat orqanlarının agentləri qlobal erməni diasporuna nüfuz edir və aralarına sızırlar. Bunu Rusiyada erməniyönümlü işlərlə məşğul olanlar da yadda saxlamalı və nəzərə almalıdırlar”, - ekspert bildirib.