3 İyul 2014 17:54
914
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliyada keçirilən DÇ-2014-ün 1/8 finalında oynanmış Argentina-İsveçrə matçından sonra faciə yaşanıb.

26 yaşlı jurnalist Mariya Soledad Fernandes oyunun keçirildiyi San-Paulu şəhərindən Belu-Orizontiyə qayıdarkən qəzaya düşərək həlak olub.
Milli.Az ABC-yə istinadən bildirir ki, insident Minas-Jeyras ştatındakı Oliveyra bələdiyyəsinin ərazisində, BR-381 trasının 169-cu kilometrində baş verib.
"Titi" ləqəbi ilə tanınan argentinalı Mariya Soledad Fernandes kirayəyə götürdüyü avtomobili idarə edirdi.
Toqquşma nəticəsində o, yolun kənarına düşərək aldığı zərbədən həlak olub. Jurnalistlər - 42 yaşlı Xuan Daniel Berazeqeti və 41 yaşlı Fernando Xavyer Bruno isə yaralanıblar.
"Titi" Argentinanın ən məşhur idman jurnalistlərindən biri Migel Titi Fernandesin qızıdır.
/milli.az/

Müəllif:

Oxşar xəbərlər