3 İyul 2014 18:46
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə məhkəməyə müraciət edib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsi M. İmanlının müraciətinə baxaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair qərar qəbul edib. Lakin həmin qərardan narazı qalan prokurorluq orqanı apellyasiya protesti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində protest əsasında məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, M. İmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər