4 İyul 2014 15:44
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın qərbində yerləşən Xmelnitski vilayətində nümayişçilər qubernatorluq binasına hücum edib.

Aksiya iştirakçıları qubernator Leonid Prusun vəzifəsinin öhdəsindən gələ bilmədiyini hesab edir.

Qubernator nümayişççilərin qarşısına çıxıb onları sakitləşdirməyə çalışsa da bu heç bir nəticə verməyib. Polisin qorduğu binaya girməyə nail olan aksiyaçılar Leonid Prusun üstünə hücum çəkərək ona zərbələr endirməyə başlayıb. Vəziyyətin qəliz olduğunu görən qubernator binanın pəncərəsindən özünü aşağı atıb. Lakin binanın həyətindəki etirazçılar onu yenidən tutub və döyməyə başlayıblar.

/ans press/


Müəllif:

Oxşar xəbərlər