5 İyul 2014 10:42
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada sülhməramlı əməliyyat adı altında Ukraynanın işğalını nəzərdə tutan planın son notları başa vurulmaqdadır. Hətta konkret işğal məsələsi gündəmə gəlib.

Bu barədə “Ukrinform”a səhih məlumat Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən daxil olub. Mənbə bildirib ki, işğal məsələsi təkrar gündəmə gəlib və “sülhməramlı dəstələrin” tərkibinin 60 faizi Rusiya ordusunun əsgərlərindən komplektləşəcək.

İşğal vaxtı isə xırda korrektələrdən sonra dəqiqləşəcək. “Sülhməramlı əməliyyat” Luqansk və Donbas vilayətlərini əhatə edəcək.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Xidmətinin rəhbəri Andrey Parubiy bir qədər öncə keçirdiyi mətbuat konfransında Rusiyanın böyük təxribatlara hazırlaşdığını bildirmişdi.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər