5 İyul 2014 12:37
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqların davam etdirilməsi yalnız bütün tərəflərin sülh planının müddəalarına riayət etməsi zəminində baş tuta bilər”.

Bu haqda dövlət başçısı Pyotr Poroşenko Ukrayna Ali Radasının parlament fraksiyalarının liderləri ilə görüşən zaman bildirib.

Prezident vurğulayıb ki, daha birtərəfli atəşkəs olmayacaq:

“Ukrayna tərəfi olaraq biz daha çox tamamlayıcı əməkdaşlığa hazırıq. Mən parlamentdə inamı bərpa edəcək konstruktiv və səmərəli əməkdaşlığın tərəfdarıyam. Hətta bu barədə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla da telefon vasitəsilə danışıqlar aparmışıq. Avropalı liderlər də atəşkəsin yalnız Rusiya və Ukrayna arasında aparılacaq sülh dialoqlarının davam etdirilməsi zəminində mümkünlüyünü dilə gətiriblər. Zənn edirəm ki, bu, yalnız bütün tərəflərin sülh proqramına əməl etməsi zəminində baş tutacaq”.

Xatırladaq ki, Pyotr Poroşenko iyunun 30-da atəşkəsin vaxtının bitdiyini açıqlamışdı.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər