7 İyul 2014 13:28
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselonada nəhəng məscidin tikilməsi planlaşdırılır.

Bu layihəyə 2,2 milyard avro ayırmağı düşünən Qatar əmiri Tamin bin Hamad əl-Tani monumental korrida arenasını almağı və orada 40 min adamın yerləşə biləcəyi məscid tikdirməyi planlaşdırır.

Məscidin minarəsi 300 metrlik hündürlükdə olacaq. Bu, Məkkə və Mədinə məscidlərinin minarəsindən sonra üçüncü böyük minarə olacaq.

Məlumata görə arenanın sahibi olan Balanyalar ailəsi onu satmağa razılaşıb. Sadəcə bələdiyyənin lisenziyasının gözləyirlər.

Tikintisi 5 ilə nəzərdə tutulan məscid islamın bütün təriqətlərinin üzünə açıq olacaq.

Bu layihənin təşəbbüskarı, Barselonada Ərəb Kitab Evinin müdiri olan Movafak Kanfaç deyib ki, yerli əhali etiraz etməyəcək. Çünki minarədən azana verilməyəcək.

Məsciddə 4 min iş yeri açılacaq.

Eyni zamanda konfrans zalı, islam sənət muzeyi, restoran və ticarət meydanı olacaq.

/kulis.lent.az/


Müəllif:

Oxşar xəbərlər