İraq Şam İslam Dövləti döyüşlərdə istifadə etdiyi bombaların hazırlanması prosesindən fotoşəkillər yayıb.
İŞİD-in yaydığı məlumatda bildirilir ki, bombalar Suriyadakı düşərgələrindən birində hazırlanır.
Qeyd edək ki, İŞİD ötən ayın əvvəllərindən İraq ordusuna qarşı hücuma keçib. İyunun 9-da ölkənin ən böyük şəhərlərindən biri Mosulu ələ keçirib. Hazırda İŞİD İraqın Suriya və İordaniya ilə sərhədində yerləşən şəhər və rayonlara nəzarət edir. İŞİD İraqla yanaşı Suriyada da döyüşləri davam etdirir.
/ans press/