9 İyul 2014 13:33
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada maraqlı hadisə baş verib.

Braziliyanın Rio Qrande do Sul bölgəsində intensiv güclü yağış yağması selə səbəb olub. Nəticədə minlərlə ev su altında qalıb. Sel qarşısına çıxan hər şeyi götürüb aparıb. Bu zaman qəribə bir hadisə baş verib.

Belə ki, təbii fəlakət zamanı sel bir inəyi elektrik dirəyinin üzərinə atıb.

Yağışın azalması və sularının çəkilməsiylə ortaya çıxan maraqlı mənzərə görənləri heyrətə gətirib. Bölgə sakinləri tərəfindən fotosu çəkilən inəyin ölü olduğu müəyyən edilib.

Qeyd edək ki, bölgədə suyun səviyyəsi yerdən 17 metrə qədər yüksəlib. Brazilyanın Rio Qrande do Sul bölgəsində fövqəl vəziyyət elan edilib. Ən az iki adamın öldüyü və bir çox adamın hələ də itkin olduğu fəlakətin 20 mindən çox adamı evsiz qoyduğu bildirilib.

/ans press/



Müəllif:

Oxşar xəbərlər