2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Rusiya viza sistemini ləğv edəcək.
Bunu ölkənin prezidenti Vladimir Putin bəyan edib: “Unudulmaz futbol bayramını yaşamaq və yaşatmaq üçün əlimizdən gələni edəcəyik. Bütün dünyaya rus qonaqprəvərliyini nümayiş etdirəcəyik. Ona görə də viza olmayacaq”
2018-ci ildə dünya çempionatı oyunları Rusiyanın Moskva , Sankt-Peterburq, Samara, Kalininqrad, Nijni-Novqorod, Kazan, saransk, Volqaqrad, Rostov-na Donu, Soçi və Yekaterenburq şəhərlərində keçiriləcək.
/qafqazinfo/