14 İyul 2014 19:04
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tbilisidə Müqəddəs Saleba kilsəsində Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ilə vida mərasimi keçirilib.

Alınanan məlumata görə, Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin, hökumət və dövlət nümayəndələrinin, müxtəlif ölkələrin rəsmilərinin, mərhumun ailə üzvlərinin və yaxınlarının qatıldığı vida mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili tanınmış siyasətçi Eduard Şevardnadzenin ölkəsi və xalqı üçün xidmətlərindən danışıb, mərasimdə iştirak etmək üçün gələn qonaqlara gürcü xalqı adından minnətdarlığını bildirib.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze iyulun 7-də 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

/publika.az/


Müəllif: