17 İyul 2014 01:05
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində polis bölməsinin həyətində bayrağı endirməyə çalışan gənc ayağından vurulub.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 19 yaşlı Çingiz Önkol Muratpaşa vilayətində Bahçelievler polis bölməsinin həyətindəki dirəkdən bayrağı endirmək istəyib. Növbətçiyə polisə şikayət üçün gəldiyi deyən gənc qəflətən dirəyə dırmaşıb. Növbətçinin xəbərdarlığına baxmayaraq Ç.Önkol bayrağı endirməyə çalışıb. İki dəfə havaya atəş açan polis onu bu əməlindən çəkindirməyə çalışsa da, Ç.Önkol bayrağı açmağa başlayıb. Çıxılmaz vəziyyətdə qalan polis gəncin ayağına atəş açaraq onu zərərsizləşdirib. Ç.Önkol dərhal xəstəxanaya çatdırlıb. Polis gəncin bundan əvvəl də cinayətdə əli olduğunu aşkarlayıb, hazırda sözügedən məsələ ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyədə analoji hadisə bir müddət öncə baş vermişdi. Çekdar Ödüngit adlı şəxs iyunun 8-də Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı ərazidəki hərbi hissələrdən birinin həyətinə daxil olaraq dövlət bayrağını dirəkdən endirmişdi. Hadisə ölkədə böyük səs-küyə səbəb olmuşdu. Bu hadisədən sonra təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı işdən çıxarılaraq cəzalandırılmışdı.

Nərgiz

Bayrağı indirmeye çalışan kişi polis tarafından vuruldu

Bayrağı indirmeye çalışan kişi polis tarafından vuruldu


Müəllif:

Oxşar xəbərlər