21 İyul 2014 18:34
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin etməsinə çox sevindim. Zəng edib özünü də şəxsən təbrik etdim”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə M.Qurbanlının Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmasına münasibət bildirərəkən deyib.
Onun fikrincə, M.Qurbanlı bu vəzifəyə layiqdir:

“O, bütün həyatı boyu zəhmətkeşliyi, ciddi elmi hazırlığı, müsbət insani xüsusiyyətləri ilə cəmiyyətdə özünə böyük hörmət qazanıb. Həm partiyada, həm parlamentdə fəaliyyəti prinsipiallığı, məsuliyyəti ilə seçilib. Onun təyinatı Prezident cənab İlham Əliyevin hazırlıqlı və nüfuzlu ziyalılara həmişə yüksək dəyər verdiyinin bir daha təsdiqidir. Mübariz müəllimin hörmətli cənab prezidentin yüksək etimadını doğruldacağına inanır və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər