22 İyul 2014 14:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Yardımlı-Hamarkənd-Abasabad yolunun açılış mərasimi keçirilib.


Teleqraf.com
xəbər verir ki, açılış mərasimində icra başçısı Sevindik Hətəmovla bərabər, Yardımlının millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.

S.Rüstəmxanlı 7 kəndi birləşdirən bu əhəmiyyətli yolun vacibliyindən, əhali üçün mühümlüyündən danışıb.

Deputat qeyd edib ki, Yardımlının bu kəndlərində insanlar uzun müddət yolsuzluq problemindən əziyyət çəkib və artıq yeni yolun çəkilişi bu çətinliyi arxada qoyub.


S.Rüstəmxanlı təklif edib ki, bu yeni yol Vərgədüz, Bürzümbül və Bilnə kəndlərindən keçməklə Lerikə qədər uzanarsa, əhalinin yolsuzluq probleminin aradan qalxmasında və bu dağ rayonunun sosial infrastrukturunda ciddi dönüş yaranar.


Təklif icra strukturu tərəfindən də dəstəklənib və layihənin davam etdirilməsi üçün müraciət edilməsi barədə məsləhətləşmələrə qərar verilib.


Xatırladaq ki, Prezident İlham Əliyev 7 kəndi birləşdirən Yardımlı-Hamarkənd-Abasabad yolunun inşasına Yardımlı səfərində qərar vermişdi və Prezident sərəncamından sonra yolun çəkilişinə başlanılmışdı.


Müəllif:

Oxşar xəbərlər