26 İyul 2014 14:20
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə, saat 20:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində iri çaplı silahlardan istifadə edərək şiddətli atəş açmalarının səbəbi bəlli olub.


Məlumata görə, ermənilərin məqsədi Ağdam istiqamətində cəbhə xəttini keçmək istəyən kəşfiyyat-diversiya qrupuna imkan yaratmaq, bir növ, Azərbaycan Silahlı Qüvvələrinin diqqətini Əlibəyli istiqamətinə cəlb etməklə, Ağdam istiqamətindən yayındırmaq olub.

Amma əməliyyat uğurlu alınmayıb. Azərbaycan Ordusu Ağdam istiqamətində cəbhə xəttini keçmək istəyən erməni diversiya qrupunu pusquya salıb və onlardan bir neçəsini məhv edib. Zərərsizləşdirilənlərin adı məlum olmasa da, öldürülən erməni diversantlarının sayının 3 olduğu bildirilir. Öldürülənlərdən ikisi yüksək rütbəli zabitdir.

Məhz bundan sonra ermənilər Əlibəyli istiqamətində iri çaplı silahlardan istifadə etməklə, daha intensiv atəşə başlayıblar. Evlərin və mülki şəxslərin hədəf seçilməsi isə Ağdam istiqamətində pusquya düşən diversiya qrupunu xilas etməyə yönəlib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də erməni hərbi birləşmələrinin dünənki hücum zamanı itkilər verdiyini təsdiqləyib, ancaq bununla bağlı təfərrüat açıqlanmayıb.

Ermənistan Müdafiə Nazirliyi isə mediaya açıqlamasında itki verdiklərini gizlədib.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər