26 İyul 2014 15:30
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ATƏT-in Minsk Qrupunun danışıqlar prosesindən imtina edə bilər”.


Teleqraf.com axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Qarabağın keçmiş “Xarici İşlər naziri” Armen Melikyan çıxış edib.

O, Bakının Qərblə Rusiya arasında seçim etmək məcburiyyəti qarşısında qaldığını bildirib:

“Bakı bir-biri ilə mübarizə aparan iki siyasi dqüşərgədən birini seçmiş olsa, Minsk Qr0upundan ayrılma baş verəcək. O, Qərblə Rusiya arasında mütləq seçim etməlidir. Məhz bu addım Əliyev üçün çox önəmli qərar olacaq. O bunu bilir və ölkəsi üçün ən lazımlı qərarı verməyə çalışır. Mənə elə gəlir ki, Əliyev hələlik risk etməyəcək. Tərəflərin mövqeləri təəssüf ki, bir-birinə yaxın deyil. Bu vəziyyətdə isə konflikti həll etmək çətin olacaq. Azərbaycan indiki reallıqla barışmayacaq. O bunu müxtəlif vasitələrlə Ermənistana təzyiq edərək dəyişdirməyə çalışacaq. Müharibənin başlanması da məhz Azərbaycanın qərarı olacaq, amma bunun üçün hələ böyük güclərdən zəmanət alınmalıdır. Əgər Bakı özünə Rusiyanın yanında yer etsə, o zaman İrəvan üçün hər şey bitmiş deməkdir. Moskva Ermənistan qarşısındakı şərtlərinin arxasında dayanmayacaq”.


Müəllif:

Oxşar xəbərlər