30 İyul 2014 19:41
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Bakıda Metronun “20 yanvar” stansiyasında ticarət köşkləri sökülməyə başlanılıb.

Məlumata görə, söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb. Belə ki, əvvəlcədən xəbərdarlıq edilməyən sahibkarlar mallalarını dəyərinə dəyməzinə satmaq məcburiyyətində qalıblar. Artıq metronun giriş və çıxış hissəsinə yaxın obyektlər sökülüb, digərlərinə isə söküntü ilə bağlı xəbərdarlq edilib.

Qeyd edək ki, bu ilin mart ayından metrodakı bütün ticarət obyektləri sökülüb.

Metronun “20 yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri isə Bakı Metropoliteni nəzarətində deyil Nəqliyyat Nazirliyi nəzarətində olduğu üçün sökülməmişdi.

/qafqazinfo/


Müəllif:

Oxşar xəbərlər