23 Mart 21:29
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton “Crocus City Hall” konsert zalında törədilən terror aktını qətiyyətlə pisləyir.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, ABŞ terrorizmin bütün formalarını pisləyir. O əlavə edib ki, ABŞ “Crocus City Hall”da baş vermiş faciə ilə bağlı ruslarla həmrəydir.

“Biz həlak olanların ailələrinə və yaxınlarına və bu dəhşətli cinayətdən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk”-deyə dövlət katibi bildirib.

Martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova