Azərbaycan Rusiyaya qarşı çox uğurlu siyasət aparır. Rusiyaya ən azını verməklə ala biləcəyi ən çoxunu əldə edib.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Trenin deyib.
“Azərbaycan istənilən inteqrasiya birliyinə münasibətdə çox təmkinlidir. Nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə üzv olmaq arzusundadır. Azərbaycan-Rusiya münasibətlərinin özü hər iki tərəfdən sırf praqmatik xarakter daşıyır. Mən dövlətlərarası münasibətləri nəzərdə tuturam”, - ekspert qeyd edib.
Trenin Azərbaycanla müqayisədə Ermənistanın Rusiya siyasətini yanlış yöndən qurduğunu vurğulayıb.