Ermənistanda yenidən başlayan iğtişaşlar başlayıb fonunda hakimiyyət onun qarşısını almaq üçün zorakılığa əl atıb. Bu həmin prosesdir ki, 2018-ci ildə bu üsulla hakimiyyəti ələ almışdılar.
Bunu Teleqraf.com-a hüquqşünas Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, indiki halda Ermənistanın mövqeyi Qərbə uyğundur:
"Ona görə heç nə demirlər. Əvvəllər Gürcüstan barədə heç nə demirdilər. Amma son etirazlarda gördük ki, aksiyalara qarşı hansısa hərəkətlər olanda bəyanatlar verməyə başlayırlar. Çünki Gürcüstanda sonra qəbul olunan "xarici agentlər haqqında" qanun Qərbin maraqlarına uyğun deyildi. Bununla bağlı etirazları dəstəkləyirdilər. Amma Ermənistanda hakimiyyətin mövqeyi onlara sərf edir. Bu, adi haldır və burada təəccüblənməli heç nə yoxdur. Sabah Paşinyan mövqeyini dəyişsə, həmin Qərb onu qınamağa başlayacaq. Bu, qəbul olunmuş, oturuşmuş eybəcər Qərb standartıdır”.