Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərini siyasi proseslərə cəlb eləmək istəyən “Qarabağ klanı” və keçmiş separatçı rejimə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, baş nazir separatçılar və “Qarabağ klanı”nın Qarabağ ermənilərindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdıqlarını söyləyib.
Paşinyan bildirib ki, keçmiş separatçı rejimin Qarabağ ermənilərindən öz şəxsi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsinə imkan verməyəcəklər.
“Biz çox səbirli və dözümlüyük, heç kim elə bilməsin ki, bu, hakimiyyətin zəifliyi deməkdir. Ümid edirəm ki, bu mesajlarımı alanlar məni başa düşəcəklər, bu mesajları birbaşa konkret ünvanlara çatdırmağımıza zəmin yaratmayacaqlar”, - baş nazir vurğulayıb.