Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Azadlığa inamımız, keçmiş qələbələrimiz, gələcəyə ümidlərimiz birdir. Birliyimiz əbədi olsun.
Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək”, - Bayraktar qeyd edib.