Moskva yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində (Zəngəzur) Rusiya Baş Konsulluğunun açılmasını gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Rusiya Federasiyasının Ermənistan və Maldiv adalarında konsulluqlarının açılması ilə bağlı sərəncamlar verilib, Bali adasında konsulluğun açılması üçün təşkilati-texniki işlər aparılır”, - nazir müavini qeyd edib.
Ermənistanda baş konsulluğun təxmini açılış tarixlərinə aydınlıq gətirən suala cavab olaraq diplomat bunun yaxın vaxtlarda gözlənildiyini söyləyib.
“Bunu ilin sonuna qədər gözləyirik”, - İvanov əlavə edib.