Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası Almatı bəyannaməsinə əsaslanan eyni xəritələrlə aparılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyan deyib.
Dörd kəndin Azərbaycana təhvil verilməsindən danışan deputat bildirib ki, bu, Almatı bəyannaməsi əsasında olub.
Melkonyan çıxışında müharibə ehtimalına da toxunub və Ermənistan Xarici İşlər Nazirliyinin cəfəng bəyanatını xatırladıb:
“Xarici İşlər Nazirliyi səviyyəsində hamını baş verə biləcəklər barədə xəbərdar etmişik”.
Azərbaycanın ünvanına hədyanlar səsləndirən Melkonyan çıxışının davamında belə bir sərsəm fikrə də yer verib: “Biz sülhə çalışırıq, amma müharibədən də qorxmuruq”.