24 İyun 20:39
3 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təklifi alqışlayıb:

“AB nümayəndəsinin bu açıqlaması ən azı qəribə görünür. Artıq 1.5 ilə yaxındır Ermənistanda AB-nin müşahidə missiyası fəaliyyət göstərir, burada da “sərhəddəki insidentlərin araşdırılması və müşahidəsi” adı altında saxlanılır.

Bundan başqa, ən azı üç halda AB-nin müşahidə missiyası müxtəlif vaxtlarda atəşkəs rejiminin Azərbaycanın tərəfindən pozulmadığını açıqlayıb.

Hazırda missiyanın tərkibində 200-dən çox müşahidəçi işləyir, ölkənin 6 müxtəlif sərhəd şəhərində qərargahları var və Ermənistan hakimiyyəti AB-nin missiyasını daim müsbət qiymətləndirir, bunun son dərəcə faydalı olduğunu qeyd edir.

İndi Ermənistanın AB müşahidəçilərinin imkanlarından istifadə etməyə çalışmaq əvəzinə, ikitərəfli mexanizmlərin tətbiqini təklif etməsinin səbəbi nədir? Xüsusən də AB missiyası Qərb üçün hətta Ermənistan-Azərbaycanın ikitərəfli mexanizmindən daha etibarlıdırsa... Görünın budur ki, Paşinyan AB müşahidəçilərinə etibar etməddiyindən belə bir mexanizmə ehtiyac duyur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər