Qazaxstanın Aktau şəhərində qəzaya uğramış təyyarənin sərnişinlərindən olan Ramin İbrahimov dəfn olunub.
Teleqraf.com-un yerli bürsounun məlumatına görə, vida mərasimində yaxınları, dövlət rəsmiləri, bir sözlə onu tanıyan hər kəs iştirak edib.
26 yaşlı R.İbrahimov kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərhum Çeçenistan Respublikasına işləməyə gedirmiş.
***
11:11
Qazaxstanın Aktau şəhərində qəzaya uğramış təyyarənin sərnişinlərindən olan Ramin İbrahimovla vida mərasimi keçirilir.
Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edirlər.
Ramin İbrahimovun yas mərasimi doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndindədir.
Təxminən saat 13:00-dək mərhumun cənazəsi kəndə gətiriləcək və o, kənd qəbristanlığında dəfn olunacaq.
26 yaşlı Ramin İbrahimov Qroznıya işləmək üçün gedirmiş.