Ermənistan müdafiə naziri Suren Papikyan parlament sədrinin müavini Ruben Rubinyan, Tavuş qubernatoru Hayk Qalumyan və yüksək rütbəli hərbçilərin müşayiəti ilə (Azərbaycanla) sərhəddəki döyüş mövqelərinə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurum bildirib ki, müdafiə naziri sərhəddə xidmət edən hərbi qulluqçular və komandirlərlə görüşüb, döyüş postlarına baxış keçirib, görülən işlər, xidmətin təşkili ilə tanış olub.