13 İyul 2014 21:49

Braziliya millli komandasının qapıçısı Juli Sezar yığmadakı karyerasını baş vurub.

FİFA-nın rəsmi saytına açıqlama verən 34 yaşlı qapıçı milli komanda ilə vidalaşdığını deyib:

“Gələn il 35 yaşım olacaq. DÇ-2018-də yer almayacığımı bilirəm. Hazırda milli komandanın qapısını qoruya biləcək 7-8 oyuçu istedadlı futbolçu var. Məncə, onların oynamaq vaxtı çatıb. Ona görə də artıq milli komandadan gedirəm”.

Qeyd edək ki, Sezar Braziliya millisində 86 oyun keçirib.

Xatırladaq ki, Braziliya millisinin hücumçusu Fred də bugnkü açıqlmasında yığmadakı karyerasını başa vurduğunu bildirib./qol.az/


Müəllif:
Загрузка...