Azərbaycanda matəm günü ilə əlaqədar Gürcüstandakı səfirliyimizdə bayraq yarıya qədər endirilib.
Teleqraf.com xəbər verir ki, diplomatik nümayəndəlikdə başsağlığı kitabı açılıb.
Səfirliyi ziyarət edən azərbaycanlı icmanı təmsil edən ziyalılar, din xadimləri, gənclər, QHT və Gürcüstan ictimaiyyətinin nümayəndələri kitaba başsağlığı sözlərini yazırlar.
Qeyd edək ki, xatirə kitabı sabah da açıq olacaq.