25 Yanvar 07:05
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, günün ilk qarşılaşmasında “Səbail” “Kəpəz”i qəbul edəcək.

“ASCO Arena”da baş tutacaq oyun saat 16:00-da start götürəcək. Daha sonra saat 18:30-da Masazırda yerləşən “Bank Respublika Arena”da “Sumqayıt” “Sabah”ın qonağı olacaq.

“Kəpəz” Premyer Liqanın turnir cədvəlində 14 xalla 9-cu pilləsində, “Sabah” 27 xalla 5-ci və “Sumqayıt” 20 xalla 6-cı sırada qərarlaşıb.
“Səbail” isə cəmi 12 xal toplayaraq çempionatın autsayderidir.

Azərbaycan Premyer Liqası
XX tur
25 yanvar
16:00. “Səbail” - “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev .
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
“ASCO Arena”.

18:30. “Sabah” - “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” səfərdə “Şamaxı”dan güclü olub - 2:1.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər