İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirə bilər.
Teleqraf.com insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Əl-Hilal" cari mövsümün sonunda 32 yaşlı hücumçunu azad agent kimi heyətinə qatmaq üçün hərəkətə keçib.
Səudiyyə klubu misirliyə 2028-ci ilə qədər müqavilə təklif edəcək.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Onun klubla mövcud müqaviləsi yaya kimi nəzərdə tutulub.