Türkiyə "Fənərbağça"sı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan futbolçu Anderson Taliskanı transfer etməyə yaxındır.
Teleqraf.com "Habertürk"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" ərəb klubu ilə 31 yaşlı yarımmüdafiəçinin keçidini tam razılaşdırıb.
Braziliyalının bu gün İstanbula gedərək ilyarımlıq müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Anderson Taliska 2016 - 2018-ci illərdə "Fənərbağça"nın əzəli rəqibi "Beşiktaş"da çıxış edib. O, cari mövsüm ərzində "Əl-Nəsr"in heyətində 19 oyunda 8 qol vurub.