İspaniya Kral Futbol Federasiyası (RFEF) millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.
Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulub.
Luis De la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatının qalibi olub.